AZ

Hərbi Qənimətlər Parkında düşməndən ələ keçirilmiş texnikalar - FOTO

Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib.

Bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən tur zamanı məlumat verilib.

Hərbi qulluqçu mayor Əsgər Məmmədov qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir:

"2K11 Kruq" zenit-raket kompleksinin "2P24" tipli 2 ədəd atıcı qurğusu, bir ədəd isə raket tuşlama stansiyası - "1S32" parkın ərazisinə yerləşdirilib. Ordumuz bunları antiterror tədbirləri zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir hissəsidir. Bu raket tuşlama stansiyasının özünün lokatoru var, lokator vasitəsilə 105 kilometr məsafəyə qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki rateklər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir".

Mayor Məmmədov onu da qeyd edib ki, bunlar döyüş mövqeyindən ələ keçirilib:

"O zaman döyüşə yararlı idi. Bunlar bizim hava hücum vasitələrinin qarşısını almaq məqsədilə quraşdılmışdı. Amma quru qoşunlarımız sayəsində onları ələ keçirmişik. Bu texnikaların istismar müddəti bitib. Biz bu texnikalardan 10-15 il əvvəl imtina etmişik, bundan daha müasir və daha effektiv müasir texnikalarımız var".

Hərbi qulluqçu mayor Tural Şükürov Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda müsadirə edilmiş döyüş texnikası barədə danışarkən bildirib ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin qoyub qaçdığı "2K11 Kruq" zenit-raket kompleksi aşkarlanıb:

"Biz kompleksə baxış keçirən zaman işlək vəziyyətdə idi. Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumu vasitələrimizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır.

Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər. Hərbi ekspert Ramil Məmmədli deyib ki, Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirib:

"Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdi. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Vətən müharibəsindən sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında "2K11 Kruq" zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir".

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
17
oxu.az

10Mənbələr