AZ

Xocalıda tapılan raket tuşlama stansiyası “Hərbi Qənimətlər Parkı”na gətirilib-FOTO

Xocalı rayonu ərazisində aşkar olunan “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası, iki ədəd “2P24” buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.

Bu barədə 15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına təşkil edilən mediatur zamanı məlumat verilib.

İştirakçılar Xocalı rayonunda aşkar olunan Ermənistan silahlı qüvvələrinə məxsus “2K11 Kruq” zenit-raket kompleksi ilə tanış olublar.

Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.

Antiterror əməliyyatının iştirakçısı, mayor Əsgər Məmmədov sözügedən texnikaların zenit raket kompleksinin tərkib hissələrindən biri olduğunu deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
azpost.info

10Mənbələr