AZ

Tramp: "ABŞ-ı Üçüncü Dünya müharibəsindən xilas etməliyik"

"Birləşmiş Ştatlar yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski ilə qarşı-qarşıyadır".

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir. Üçüncü Dünya müharibəsinin başlamaq ehtimalı var", - deyə Tramp Miçiqan ştatının Detroit şəhərində xalqın qarşısında çıxışı zamanı bildirib.

Xatırladaq ki, Tramp verilişlərin birinə müsahibəsi zamanı bildirib ki, 2016-cı ildə prezident seçkisində sabiq dövlət katibi Hillari Klinton seçilsəydi, ABŞ Şimali Koreya ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
5
olke.az

10Mənbələr