AZ

Leysan yağışları Pirsaat çayını məcrasından çıxarıb

Şamaxıya yağan leysan yağışları Hacıqabul ərazisində Pirsaat çayını məcrasından çıxarıb, bəzi təsərrüfatlara ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, ötən axşam Şamaxıya yağan leysan yağışları həmsərhəd Hacıqabulun dağətəyi Udulu kəndinin Pirsaat çayını məcrasından çıxarıb. Leysan Pirsaat çayında bol sululuq yaradıb, çayda axını sürətləndirib. Çayda suyun səviyyəsi kəskin qalxaraq məcrasından çıxıb. Çay sahili təsərrüfatlarda əsasən nar bağları su altında qalıb. Elektrik transformatorunun ətrafını da su basıb.

    Qısa xarakterli yağan yağış ciddi fəsadlar törətməsə də xırda ziyanlarla ötüşüb. Heyvanlar arasında tələfat qeydə alınmayıb. Selin fəsadları əsasən Qubalı kəndində daha çox müşahidə edilib. Bəzi evlərin həyətlərinə su daxil olub.APA

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    66
    3
    bakivaxti.az

    4Mənbələr