AZ

Çay məcrasından çıxdı

Çay

Şamaxıya yağan leysan yağışları Hacıqabul ərazisində Pirsaat çayını məcrasından çıxarıb, bəzi təsərrüfatlara ziyan dəyib.Ulusum.az bildirir ki, ötən gecə Şamaxıya yağan leysan yağışları həmsərhəd Hacıqabulun dağətəyi Udulu kəndinin Pirsaat çayını məcrasından çıxarıb. Leysan Pirsaat çayında bol sululuq yaradıb, çayda axını sürətləndirib. Çayda suyun səviyyəsi kəskin qalxaraq məcrasından çıxıb. Çay sahili təsərrüfatlarda əsasən nar bağları su altında qalıb. Elektrik transformatorunun ətrafını da su basıb.Qısa xarakterli yağan yağış ciddi fəsadlar törətməsə də xırda ziyanlarla ötüşüb. Heyvanlar arasında tələfat qeydə alınmayıb. Selin fəsadları əsasən Qubalı kəndində daha çox müşahidə edilib. Bəzi evlərin həyətlərini su basıb.

Diqqət Çəkənlər

Yarım əsrlik ilham: Tanınmış şairin ıv kitabı və şərəfinə jurnal buraxıldı

Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü gördü

Qanunsuz heyvan kəsiminin qarşısı alınıb - VİDEO - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
ulusum.az

4Mənbələr