AZ

Ağdaşda lotereyaları oğurlayan tutuldu

Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Medianews.az-a verilən xəbərə görə, Ağdaş rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş  Ruslan Hacıyev saxlanılıb.

Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
medianews.az

10Mənbələr