AZ

Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub.
 
DİN-dən Moderator.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş  Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Seçilən
100
9
moderator.az

10Mənbələr