AZ

Türkiyəli baş məşqçi yenidən Azərbaycanda işləyəcək

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Füzuli" komandası vakant baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət edib.

Sportnet.az xəbər verir ki, Türkiyə və Azərbaycanın futbolunda kifayət qədər tanınan İbrahim Uzunca bundan sonra əyalət təmsilçisinin uğurları üçün çalışacaq.

62 yaşlı UEFA PRO kateqoriyalı və TFF I Liqasında çalışmış məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim Uzuncanı Azərbaycanın futbol azarkeşləri yaxşı tanıyır. Belə ki, 2011-ci ildən etibarən Uzunca fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" Quba və "Xan Lənkəran" klublarının çalışdırıcısı olub.

Türkiyədə isə - "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.

Onu da qeyd edək ki, İbrahim Uzunca məşqçilik karyerasına 1995-ci ildə başlayıb və bu işdə təxminən 29 illik təcrübəyə malikdir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
8
sportnet.az

10Mənbələr