İbrahim Uzunca "Füzuli" klubunun baş məşqçisi olub.

Offsideplus.az xəbər verir ki, 62 yaşlı, UEFA PRO kateqoriyalı və TFF 1-ci liqasında çalışmış məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim Uzunca 2011-ci ildən etibarən fasilələrlə "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarının çalışdırıcısı olub.

Türkiyədə isə - "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.