AZ

Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı

Image

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, 8-ci sinif şagirdinə yay aylarında toy mərasimi keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

"Sözügedən şəxslərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib", - deyə o qeyd edib.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
11
baki-xeber.com

10Mənbələr