AZ

Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB

Gəncədə
Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. "Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib. 13:17 Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur. 1news.az- xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
1news.az

10Mənbələr