AZ

Ukrayna Belqorodu atəşə tutdu - 7 nəfər öldü

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.

“Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
teleqraf.com

9Mənbələr