AZ

Ukrayna Belqorodu yenə vurdu

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində 7 mülki sakinin öldüyünü deyib.

 

Senzor.az bildirir ki, bu barədə vilayət başçısı Teleqramda yazıb.

 

“Ötən gün Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, - Qladkov bildirib.

 

Yeri gəlmişkən, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində qeydə alınıb.

Seçilən
60
2
senzor.az

8Mənbələr