AZ

Xalq artisti şagirdlərlə görüşdü - VİDEO

Xalq artisti Tünzalə Ağayeva şagirdlərlə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüş Avropa Azərbaycan məktəbində gerçəkləşib. 


Tədbir marifləndirmə xarakteri daşıyıb. Belə ki, pop star Autizm Mərkəzinin səfiri və təmsilçisi olaraq görüşdə autizmli uşaqlarla rəftar və davranma qaydaları haqqında söhbət açıb və tövsiyələr verib. 


Daha sonra Xalq artisti şagird Mikayıl Əzizov və Autizm Mərkəzinin “Mavi ürəklər” musiqi qrupu ilə birlikdə “Fərqliyəm, sizdən biriyəm” mahnısını ifa edib. 


Xalq artisti görülən işlərdən qürurlandığını vurğulayıb: 


“Mən autizmli insanların, Autizm Mərkəzinin bir dostu olaraq daim bu mövzuda marifləndirmə işləri görüb onları hər zaman dəstəkləyirəm və bununla, əlbəttə ki, qürur duyuram. Sevinirəm ki, autizmli uşaqlara bir faydam olur”.

 

Fidan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
7
sfera.az

8Mənbələr