AZ

Xalq artisti şagirdlərlə görüşdü - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva şagirdlərlə görüşüb.

News365.az xəbər verir ki, görüş Avropa Azərbaycan Məktəbində gerçəkləşib.

Belə ki, pop star Autizm Mərkəzinin səfiri və təmsilçisi olaraq görüşdə autizmli uşaqlarla rəftar və davranma qaydaları haqda söhbət açıb, tövsiyyələr verib.

Daha sonra Xalq artisti şagird Mikayıl Əzizov və Autizm Mərkəzinin “Mavi ürəklər” musiqi qrupu ilə birlikdə “Fərqliyəm, sizdən biriyəm” mahnısını ifa edib.

Pop ulduz görülən işlərdən qürurlandığını vurğulayıb:

“Mən autizmli insanların, Autizm Mərkəzinin bir dostu olaraq daim bu mövzuda marifləndirmə işləri görüb onları hər zaman dəstəkləyirəm və bununla əlbəttə ki, qürur duyuram. Nə gözəl ki, autizmli uşaqlara bir faydam olur”.

Tədbirdən lentə alınan fotoları təqdim edirik:



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
7
news365.az

8Mənbələr