AZ

AFFA futboldan uzaqlaşdırılanların şikayətini təmin etmədi

style='margin-bottom:10px;'>

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq "İrəvan" klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin cəzası ilə əlaqədar qərarını verib.

QOL.az xəbr verir ki, bu barədə AFFA məlumat yayıb. Qurum futbolçunun şikayətini təmin etməyib.

Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb. Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Fəhmin Muradbəyli karyerasında "Neftçi", "Səbail" və "Keşlə" (hazırkı "Şamaxı") klublarının da formasını geyinib.

Seçilən
99
15
teleqraf.com

10Mənbələr