AZ

AFFA futboldan uzaqlaşdırılan 2 oyunçunun şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq “İrəvan” klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Keşlə” (hazırkı “Şamaxı”) klublarının da formasını geyinib.

Seçilən
89
15
arena.az

10Mənbələr