AZ

Kadi Borges "Qarabağ"a qayıtmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın "Krasnodar" klubunun futbolçusu Kadi Borgesin transferi ilə bağlı danışıqlar aparan yeganə komanda "Qarabağ"dır.
Oxu.Az xəbər verir ki, bunu braziliyalının agenti Helsio Alisk açıqlayıb.
O bildirib ki, "Qarabağ" sabiq yarımmüdafiəçisini qaytarmaq niyyətindədir:
"Kadiyə çox klublar maraq göstərir. Amma rəsmi təklif yalnız "Qarabağ"dan gəlib. İndi transferlə bağlı təklifi qəbul edib-etməyəcəklərini "Krasnodar"dan soruşmaq lazımdır".
Qeyd edək ki, "Qarabağ"dan Krasnodarın eyniadlı təmsilçisinə transfer olunan Kadi də Azərbaycana qayıtmağın tərəfdarıdır. O, bu barədə baş məşqçisi, bir müddət əvvəl ölkəmizdə "Sabah"a rəhbərlik edən Murad Musayevi də məlumatlandırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
29
oxu.az

10Mənbələr