AZ

"Qarabağ" Zubirlə bağlı qərarını verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Yarımmüdafiəçi ilə anlaşma üç il müddətinə uzadılıb.
32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da beş dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.
Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
6
oxu.az

10Mənbələr