AZ

"Ermənistanda polis mülki insanları sürüyür" - MÜNASİBƏT BİLDİRİLDİ

“Keşiş Baqrat revanşist, cani siyasətçilərin – Serj Sərkisyanın, Robert Köçəryanın diqtəsilə anti-sülh prosesi aparmaqla faktiki şarlatanlıq edir. Onun davranışları açıq təxribat cəhdidir və erməni əhalisini regionda sülhə qarşı kökləməklə bölgəyə böyük pislik cəhdidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Ermənistanda kilsə artıq təxribat, şeytan yuvasına çevrilib. Ermənistan iqtidarı bunun qarşısını hüquqi yollarla almaq niyyətini ortaya qoymasa, bu o qənaəti formalaşdıracaq ki, de-fakto Paşinyan hökuməti üzdə sülh bəyanatları versə də, altdan revanşistlərə meydan tanıyır. Belə bir durumda Barqatın aldadıb küçələrə çıxardığı, bir çoxları da beyni çalışmayan, reallıqları dərk etməyən mülki ermənilərlə polisin toqquşması qaçılmaz idi. Bu, həm də düşünmək olar ki, Ermənistan hakimiyyətinə daxildə problemlər yaradaraq, sülhdən yayınmaq üçün bir bəhanə kimi lazımdır.

Fakt ondan ibarətdir ki, Ermənistan polisi mülki ermənilərə sözün əsl mənasında divan tutub. Bizə xoşdur, qoy, bir-birilərini qırsınlar. Ancaq buna insan haqları, demokratiya prizmasından yanaşanda, ortaya sual çıxır: Ağzıgöyçək Qərb, Avropa təsisatları Ermənistanı az qala demokratik ölkə kimi təqdim edirdi. Budur onların demokratiyası?
Və Qərb təsisatları hazırkı durumda susur. Hansı ki, Bakıda ictimai qaydanı pozan bir vətəndaşı polis maşına mindirib aparanda həmin bu gülməşəkər təşkilatlar səslərini başına atır, bəyanatı bəyanat dalınca yayır. Ermənistanda yayılan kadrlardan görünür ki, mülki insanları polis sözün əsl mənasında sürüyür, səs bombasını başlarına atır, birinin əli qopur, birinin qulağı cırılır və s. Ancaq Ermənistanı forpostu görmək istəyən Qərb dairələrinin əlində alət olan beynəlxalq təşkilatlar bu qəddar davranışa heç bir reaksiya vermir, hökuməti qınamır və s. Bu o deməkdir ki, Qərbin, Avropanın öz maraqları var və bu zaman demokratiya, insan haqları anlayışı sıfırlanır. Lazım gələndə demokratiyanı unudurlar, özlərinə lazım olanda isə müstəqil dövlətlərə təzyiq göstərmək üçün bundan alət kimi istifadə edirlər. Əslində, bu maska çoxdan yırtılıb, indi sadəcə növbəti dəfə riyakar üzlərini gördük”.

Ayşən Vəli

Seçilən
120
50
sia.az

10Mənbələr