AZ

Ermənistanda etirazlar davam edir – Hökumət binası MÜHASİRƏYƏ ALINDI

Bu gün Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, nümayişlərə Baqrat Qalstanyan rəhbərlik edəcək.

Ötən gün müxalifətin çadır qurduğu və müddətsiz aksiya keçirdiyi parlament binasında xüsusi vasitələrdən istifadə edən polislə toqquşması baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alan 79 vətəndaş yardım üçün müraciət edib. 98 nəfərin saxlanıldığını bildirilib.

Qeyd edək ki, aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Keşiş Baqrat Qalstanyan yaranan fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
nocomment.az

10Mənbələr