AZ

“28 May”ın qarşısı BELƏ GÖRÜNƏCƏK – FOTO 

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından başlayaraq Bakı Metropoliteninin 28 may stansiyasının qarşısı dəmir hasara alınıb. Ərazidə hazırda xeyli sayda işçi qüvvəsi var.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-ya bildirilib ki, Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb: 

“Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq”.






Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
bizim.media

10Mənbələr