AZ

"28 May" metrosunun qarşısı niyə hasara alınıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Dünən axşam saatlarından etibarən Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısı dəmir hasara alınıb. Ərazidə hazırda xeyli sayda işçi qüvvəsi var.

Bəs sözügedən ərazidə hansı işlər görüləcək?

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, hasara alınan ərazidə “piyada zonası” yaradılacaq:

“Bu barədə daha ətraflı məlumat yaxın saatlarda veriləcək”.

Xatırladaq ki, martın 12-dən etibarən "28 May” metrostansiyasının qarşısına şəxsi avtomobillərin girişi qadağan edilib və ərazidəki parklanma yerləri ləğv olunub. 
 







Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
bizim.media

10Mənbələr