AZ

Elm və təhsilElxan Nəcəfov: Naxçıvan məktəbliləri bu il buraxılış imtahanlarında 5 ilin ən yüksək nəticəsini göstəriblər

Naxçıvan məktəbliləri bu il buraxılış imtahanlarında 5 ilin ən yüksək nəticəsini göstəriblər.

"Report"un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirib ki, ölkə üzrə 102 min məzunun içərisində 3500-dən artıq şagird muxtar respublikanın ümumtəhsil müəssisələrini və liseyləri bitirib:

“Bu il tədris nailiyyətləri baxımından uğurlu il olub. Belə ki, həm ölkə səviyyəli, həm də beynəlxalq yarışlarda şagirdlərimiz uğur qazanıb. Buraxılış imtahanlarında şagirdlərimiz 5 ilin ən yüksək nəticəsini göstəriblər. 9-cu siniflərdə 5, 11-ci siniflərdə 4 şagirdimiz maksimum (300) bal toplayıb. Bu, Naxçıvanın məktəblərində indiyə qədər qiymətləndirilən ən yüksək nəticədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
6
far.az

7Mənbələr