AZ

Nazir: Naxçıvanda buraxılış imtahanlarında 5 ilin ən yüksək nəticəsi göstərilib

Naxçıvan məktəbliləri bu il buraxılış imtahanlarında 5 ilin ən yüksək nəticəsini göstəriblər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirib ki, ölkə üzrə 102 min məzunun içərisində 3500-dən artıq şagird muxtar respublikanın ümumtəhsil müəssisələrini və liseyləri bitirib: “Bu il tədris nailiyyətləri baxımından uğurlu il olub. Belə ki, həm ölkə səviyyəli həm də beynəlxalq yarışlarda şagirdlərimiz uğur qazanıb. Buraxılış imtahanlarında şagirdlərimiz 5 ilin ən yüksək nəticəsini göstəriblər. 9-cu siniflərdə 5, 11-ci siniflərdə 4 şagirdimiz maksimum (300) bal toplayıb. Bu Naxçıvanın məktəblərində indiyə qədər qiymətləndirilən ən yüksək nəticədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
6
apa.az

7Mənbələr