AZ

Şuşa Bəyannaməsi - Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır ŞƏRH

Azərbaycan və Türkiyə tarixində 15 iyun ən önəmli və strateji günlərdən biridir. Belə ki, 15 iyun 2021-ci il tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Bu, o dövrü həm regionda, həm də dünyada ən çox diqqətçəkən gediş idi.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Bəyannamə 2 qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Üç il öncə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması postmünaqişə dövrünün əsas siyasi hadisələrindən biridir və dövlətimizin başçısı cənab İlham Əliyevin diplomatik zəfəri kimi ciddi geostrateji əhəmiyyət kəsb edir. Mahiyyətini və əhəmiyyətini dərk etmək üçün ilk növbədə Şuşa Bəyannaməsinə konseptual yanaşma vacibdir. Bu sənədə Azərbaycan və Türkiyə arasında bütün əməkdaşlıq istiqamətlərini əhatə edən mexanizmdən daha çox, bütövlükdə bölgənin gələcək siyasi kursunu müəyyən edən “yol xəritəsi” kimi baxmalıdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin də böyüklüyü ondadır ki, çox mürəkkəb geosiyasi coğrafiyada belə bir mexanizmin imzalanmasına və digər üçüncü tərəflərin bu reallığı qəbul etməsinə nail olub. Şuşa Bəyannaməsində Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari məsələlər, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox önəmli məsələlər öz əksini tapıb.Heç şübhəsiz, daha çox nəzərə çarpan yaxud, diqqət yetirməli olduğumuz məqam müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.

Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün Azərbaycan və Türkiyənin bundan sonra da hər zaman bir yerdə olacağı və bir-birimizin təhlükəsizliyimizi təmin edəcəyimizi rəsmən bəyan etməyimiz çoxları üçün ciddi çəkindirici siqnal oldu. Dövlətimizin başçısı cənab İlham Əliyev döyüş meydanında Müzəffər Ali Baş Komandan kimi qələbəyə nail oldu. Bundan əlavə, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın “yol xəritəsi” müəyyən edilməklə, Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi. Ötən 3 ilik müddəti təhlil edərkən, Azərbaycan və Türkiyə prezidentlərinin bu fəaliyyətə sadiqliyi mənzərəsinin şahidi oluruq. Daha dəqiq desək, Şuşa Bəyannaməsi kifayət qədər ciddi fəaliyyətə çevirmək mümkün olub. Ölkəmizdə Türkiyə ordusunun kiçik, amma daha mütərəqqi modelinin yaradılması istiqamətində həlledici hərbi islahatlar aparılıb. 2023-cü ilin sentyabrında zərgər dəqiqliyi ilə keçirilən lokal xarakterli antiterror tədbirləri bunu bir daha sübut etdi. Başda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi olmaqla, Ankara və Bakı tam mənada vahid hərəkət nümunəsi ortaya qoydu. Yəni, ümummilli liderin "Bir millət, iki dövlət" ideyasını cənab İlham Əliyev Şuşa Bəyannaməsinin icraatında tam mənada reallaşdıra bildi.

Bu Bəyannamədə diqqət çəkən digər vacib məqam, enerji təhlükəsizliyi məsələsidir ki, biz heç bir il ötmədən cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin bir daha şahidi olduq. Qərbi enerji ehtiyaclarının artdığı bir dönəmdə, Rusiya-Ukrayna münaqişəsi fonunda Cənub Qaz Dəhlizinin yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə Avropa üçün önəmi daha aydın formada göründü. Dövlətimizin başçısı cənab İlham Əliyevin digər mühüm addımı Şuşa Bəyannaməsi imzalandıqdan sonra digər qonşuların narahatlığı üzərində qurulmuş bəzi spekuliyasiyalara kökündən son qoyması ilə bağlı oldu. Belə ki, Rusiya öncə Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə həmfikir olduğunu bəyan etdi, daha sonra isə Şuşa Bəyannaməsinə paralel olaraq Bakı ilə Moskva arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı. Eləcə də, zamanla İranla münasibətlərdə tamamilə yeni bir səhifə açaraq, bu ölkəni cənubi Zəngəzur dəhlizinin iştirakçısına çevirməklə, cənab İlham Əliyev sözün əsl mənasında çoxlarına ustad dərsi keçdi.

Bu gün Şuşa Bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən bir mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
sesqazeti.az

10Mənbələr