AZ

Britaniya səfiri COP29-u regionda sülh üçün müsbət siqnal sayır

Böyük Britaniya COP29-un uğurla keçirilməsində Azərbaycana kömək etməyə hazır olduğunu deyib. 

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Old Bakıda Kral III Çarlzın rəsmi doğum günü münasibətilə keçirilən tədbirdə qeyd edib.

O deyib ki, Britaniya Kralının prioritetlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizə və təbiətin qorunmasıdır.

Səfirin sözlərinə görə, 5 aydan sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək: "Növbəti 6 ay çox maraqlı olacaq. Yarım il əvvəl Bakının COP29-a ev sahibliyi etməsi barədə razılaşma iqlim dəyişikliyi ilə mübarizə və regionda sülhün əldə edilməsi sahəsində müsbət siqnal oldu. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülhə nail olmaq istiqamətində irəliləyə biləcəklər”.

Səfir həmçinin COP29-da vətəndaş cəmiyyəti və medianın da sərbəst fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb: "Biz Azərbaycana COP29-u böyük nəaliyyətə çevirmək üçün əlimizdən gələni edəcəyik. Ona ev sahibliyi etmək həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Lakin hökumətlər hekayənin yalnız bir hissəsidir; özəl bizneslərə yeniliklər etmək və universitetlərə öz biliklərindən istifadə etmək imkanı verməklə, vətəndaş cəmiyyətinin sərbəst işləməsinə, media və sənətkarların faktlar və hekayələr üzərində çalışmasına şərait yaratmaqla. Hər bir kişi, qadın və uşağı cəlb etməklə, biz bəşəriyyətin ən böyük problemini birlikdə həll edəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
arqument.az

10Mənbələr