AZ

Körpə Ayan təcili Türkiyəyə getməlidir: "Müayinə üçün dəstəyə ehtiyacı var"

Altı aylıq Ayanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Mədinə Abbasova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə qaraciyər sirrozundan əziyyət çəkir:

"Ayan 2023-cü ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu zaman hər şeyin normal olduğunu düşünsək də, ilkin müayinələr zamanı onun qaraciyər sirrozu olduğunu öyrəndik. Ayanın analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik, həkimlər onun vəziyyətinin ağır olduğunu, təcili ora yollanmalı olduğumuzu dedilər".

Mədinə Abbasova övladının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib.

"Həkimlər Ayanın vəziyyətinin bir az da ağırlaşsa, qaraciyər nəqlinə ehtiyacı olduğunu deyirlər. Bunu qarşılamağa nə imkanımız, nə də donorumuz var. Bir müddət öncə sizin saytın izləyicilərinin dəstəyi ilə lazım olan 1000 dolların, 700 dollarını toplaya bildik, amma hazırda yenidən 300 dollarımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, ailəmizin yanında olmaqlarını xahiş edirik"

Ailə ilə əlaqə: (051) 436-86-59.

Beynəlxalq Bank: 5522 0993 6467 6924.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
seher.media

10Mənbələr