AZ

Şərurlu İsfəndiyar liftin qırılması barədə: "Minənlərdən birinin 150 kiloqram çəkisi var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən yaşayış kompleksində liftin qırılması nəticəsində yeddi nəfərin xəsarət alması məsələsinə münasibət bildirib.
Bununla bağlı İ.Axundov "Unikal"a açıqlama verib:
"Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar.
Liftin də yükgötürmə qabiliyyəti var. İki qat, bəlkə də üç qat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib".
"Şərurlu İsfəndiyar" məlum hadisədən sonra sosial şəbəkələrdə "Şərur" MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib:
"Kim nə yazır özü bilər. Sağ olsunlar".
Xatırladaq ki, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "Şərur MTK" yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Seçilən
147
50
oxu.az

10Mənbələr