AZ

“Heç kim Ermənistanı Aİ-də gözləmir” – Medvedev


“Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.
O, xəbərdarlıq edib ki, İrəvana tam sədaqət müqabilində “qızıl dağları”, o cümlədən Avropa İttifaqına üzvlük təklif olunur.
“Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsindəki yemdir. Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil”, - Medvedev deyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Gürcüstanın timsalında ABŞ və Avropa İttifaqının bəyənmədiyi xarici agentlər haqqında qanunu nümunə gətirib.
“Avropa Parlamentinin 2024-cü ilin martında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair qətnamə əslində öhdəlikləri olmayan adi bir kağız parçasıdır”, - Medvedev əlavə edib.
Seçilən
102
1
yeniavaz.com

10Mənbələr