AZ

“Qərb Ermənistanı Aİ-yə dəvət etmək fikrində deyil” - Medvedev

“Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil və Ukrayna da yaxın gələcəkdə bu quruma üzv ola bilməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, bildirib ki, KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub.

“Ancaq özünüzü aldatmayın, bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil”- deyə Medvedev vurğulayıb.

Siyasətçi qeyd edib ki, Avropa Parlamenti tərəfindən 2024-cü ilin martında qəbul edilmiş Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair qətnamə əslində öhdəlikləri olmayan adi bir kağız parçasıdır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
104
2
missiya.az

10Mənbələr