AZ

İnsan sağlamlığına təhlükə yaradan kolbasa və sosiska satmaq istədilər – Əməliyyatdan GÖRÜNTÜLƏR

Naxçıvanda istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatları satan şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Babək Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən Əliabad qəsəbəsində Cabbarlı Əliəsgərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa-sosiska aşkar olunaraq götürülüb.

Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
9
kaim.az

10Mənbələr