AZ

Yararsız kolbasa və sosiska satan şəxs saxlanıldı - FOTO

Babək rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
9
bakupost.az

10Mənbələr