AZ

Xarici ölkələrlə yanvar-may aylarında 18 milyard dollardan çox ticarət əməliyyatı aparılıb

Xarici

Bakı, 14 iyun, AZƏRTAC

Bu ilin 5 ayı ərzində Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min dollar dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min dolları ixracın, 7 milyard 300 milyon 691,4 min dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 faiz azalıb, idxal isə 6,75 faiz çoxdur.

Bundan başqa, xarici ticarətdə 3 milyard 837 milyon 889,6 min dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
azertag.az

7Mənbələr