AZ

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,7 dəfə azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.

Son nəticədə xarici ticarətdə 2 milyard 703 milyon 818,66 min ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
2
ikisahil.az

7Mənbələr