AZ

Bayden və Zelenski təhlükəsizlik müqaviləsi imzalayıblar️

ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər, hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

 

“Royters” xəbər agentliyinin məlumatına görə ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən “G7” sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.

 

Əldə olunan məlumata görə tərəflər bu razılığa Ukraynanın NATO alyansına mümkün üzvlüyünə körpü kimi baxır.

 

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir” - deyə sazişdə qeyd olunur.

 

APA

Tarix: 14 İyun 2024, 06:01   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
9
pravda.az

10Mənbələr