AZ

10 illik təhlükəsizlik sazişi imzaladılar

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski 10 illik təhlükəsizlik sazişi imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Tərəflər bu sazişin Ukraynanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü üçün körpü rolunu oynadığını qəbul edirlər”, - sənədin mətnində deyilir.

Vaşinqton və Kiyev razılaşıblar ki, “Ukraynaya qarşı hücum və ya onun təhlükəsi” olarsa, iki ölkənin yüksək vəzifəli rəsmiləri cavab tədbirləri ilə bağlı məsləhətləşmələr aparmaq və necə davam edəcəyini müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
qafqazinfo.az

10Mənbələr