AZ

Xərçəngdən qoruyan möcüzə:“sitosterol” tərkibli qidalar

Dünyada geniş yayılan və bir çox insanın sağlamlığını təhdid edən xərçəng xəstəliyi artmaqda davam edir. Ancaq şüurlu qidalanma ilə bu riski azaltmaq mümkündür.

Xərçənglə mübarizə aparan faydalı qidaların istehlakı xəstəlik riskini azaldır. Bu qidalar immuniteti gücləndirərək bəzi xərçəng risklərinin qarşısını ala bilər. Onların ümumi xüsusiyyəti tərkibində“sitosterol” maddəsinin olmasıdır.

Medicina.az xəbər verir ki, “Beta sitosterol” adlı komponent xərçənglə mübarizədə olduqca təsirlidir.

Beta sitosterol nədir?

Bu, bitki mənbələrində olan təbii birləşmədir. Əslində bitki sterolu adlanan bu maddə bitkilərin hüceyrə membranlarında olur. Araşdırmalara görə, sitosterol xərçəngə qarşı qoruyucu təsirə malikdir.

Sitosterol xərçəng hüceyrələrinin böyüməsini yavaşlada və ya dayandıra bilər. Beta sitosterol xərçəng hüceyrələrinin öz-özünə məhv olmasına səbəb olan fərqli bir mexanizmi işə salır. Proqramlaşdırılmış hüceyrə ölümü adlanan bu vəziyyət orqanizmi sağlam saxlamaq üçün həyata keçirilir.

Bu maddə immunitet sistemini gücləndirərək bədənin xərçəng hüceyrələri ilə daha yaxşı mübarizə aparmasına imkan verir.

Bu komponent hansı qidalarda var?

Badam

Badam beta sitosterolla zəngin bir çərəzdir. Müntəzəm olaraq istehlak edildikdə, bu faydalı komponenti bədəni təmin etmək mümkündür. Faydalı təsirini görmək üçün səhər yeməyində bir ovuc badam istehlak edə bilərsiniz.

Balqabaq tumu

Balqabaq tumu xüsusilə kişilər üçün böyük nemətdir. Prostat sağlamlığını qoruyaraq prostat böyüməsi kimi problemlərin qarşısını almağa kömək edə bilər.

Avokado

Sağlam yağları ilə tanınan və bir çox elmi təcrübədə istifadə edilən avokadonun faydaları saysız-hesabsızdır. Tərkibində sitosterol olan avokado xərçəng riskini azalda bilən qidalardan biridir. Xüsusilə səhər yeməyində bu faydalı meyvədən istifadə etmək tövsiyə edilir.

Nar

Güclü immunitet sistemi bədəni xəstəliklərə qarşı qalxan kimi qoruyur. Tərkibindəki sitosterol ilə immunitet sistemini gücləndirən nar mövsümündə bol miqdarda istehlak edilməlidir. Dondurulmuş nardan ilin bütün fəsillərində istifadə etmək olar.
Eyni zamanda, nar qabığında olan ellagik turşusu da antioksidantdır və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
34
medicina.az

10Mənbələr