AZ

"Mingəçevir Nərgiz Klinikasi" 15 min cərimələnə bilər – 15 min də borcu var

 "Mingəçevir Nərgiz Klinikasi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə görə Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 12 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilir.

İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadənin icraatındadır. 

Qeyd edək ki, "Mingəçevir Nərgiz Klinikasi"  MMC-nin qanuni təmsilçisi Rəşad Rafiq oğlu İsmayılovdur. Klinikanın 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 15176.36 manat vergi borcu var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
17
valyuta.az

10Mənbələr