AZ

Qutban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasına niyə qatılmayıb?AÇIQLAMA

AFFA-nın İcraiyyə Komitəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.

Xezerxeber.az xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:

O, öz xahişi ilə iclasda olmadı. Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq”.

Qeyd edək ki, komitənin iclasında Santuşla 3+1 illik müqavilənin imzalanması qərara alınıb.

Seçilən
105
1
xezerxeber.az

10Mənbələr