AZ

“Milan”ın yeni baş məşqçisi açıqlanıb

“Milan”ın yeni baş məşqçisi açıqlanıb

İtaliyanın “Milan” komandasının yeni baş məşqçisi müəyyənləşib

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Paulu Fonseka təyin olunub.

Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. İddiaya görə, 51 yaşlı çalışdırıcının Milan təmsilçisində illik məvacibi 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Paulu Fonsekanın son iş yeri “Fransa”nın “Lill” klubu olub. O, daha əvvəl İtaliyada “Roma” və Ukraynada “Şaxtyor” klublarına da rəhbərlik edib.

Mənbə: AZƏRTAC

Seçilən
104
20
ilk.az

10Mənbələr