AZ

Parisdə iranlı müxalifətçilərin mənzil-qərargahına hücum: Lider xəstəxanaya aparıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa polisi Parisdə İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib.
Bu barədə İran mətbuatı xəbər verib.
Bildirilib ki, hadisə zamanı təşkilatın lideri, 70 yaşlı Məsud Rəcəvinin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Məlumat üçün əlavə edək ki, Xalq Mücahidləri Təşkilatı ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınır və 2001-ci ildən bu təşkilatın Britaniyada fəaliyyəti qadağan olunub.
Mənbə: Irna.ir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
29
oxu.az

10Mənbələr