AZ

Yaponiyalı müdafiəçi “Bavariya” yolunda

“Ştutqart”ın müdafiəçisi Hiroki İto “Bavariya”ya keçə bilər. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, 25 yaşlı yaponiyalı oyunçu üçün klublar danışıq aparır. Münhen təmsilçisi transferin reallaşması üçün “Ştutqart”a 30 milyon avro təklif edib. Tərəflərin bu məbləğdə ortaq məxrəcə gəlməsi gözlənilir. “Bavariya”nın yeni baş məşqçisi Vensan Kompani bu keçidin mütləq reallaşmasını istəyib. Qeyd edək ki, Hiroki İto ötən mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
matc.az

8Mənbələr