AZ

"Zirə" onu birdəfəlik TRANSFER ETDİ

"Zirə" ötən ilin yayında "Şamaxı"dan icarəyə götürdüyü Fuad Bayramovu birdəfəlik transfer edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Şamaxı"nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt klubu transfer etmək hüququndan yararlanaraq 26 yaşlı müdafiəçini heyətinə qatıb.

"Şamaxı" Fuad Bayramova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fuad başa çatan mövsümdə "Zirə"nin heyətində 31 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib. O, Bakı təmsilçisi ilə Premyer Liqanın və Azərbaycan kubokunun gümüş mükafatını qazanıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
6
bizim.media

8Mənbələr