AZ

İrəvanda SON VƏZİYYƏT: Etirazçılar hökumət binasına doğru hərəkət edirlər - VİDEO

İrəvanın Baqramyan prospektində aksiya keçirən “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları hökumət binasına doğru hərəkət ediblər.

Bizim.Media xəbər verir ki, etirazların əsas təşkilatçılarından olan arxiyepiskop Baqrat Qalstanyan bu barədə nümayişçilərə göstəriş verib. 

Belə ki, o, ölkənin Baş naziri Nikol Paşinyan hökumət binasında gizləndiyini idda edərək etirazları orada davam etdirməklə bağlı çağırış edib:

"Hökumət binasına doğru irəliləyəcəyik. Görək o, ordadır, ya yox. Bəlkə də biz binaya çatana qədər Paşinyan binanı tərk edəcək”.

Arxiyepiskop həmçinin qeyd edib ki, etirazçılar gecəni çadır düşərgəsində keçirmək niyyətindədirlər.
Qeyd edək ki, hazırda etirazçıların yürüş etdiyi Ermənistan hökumət binasına da polis qüvvələri yerləşdirilir.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
bizim.media

10Mənbələr