AZ

Paşinyan və Mirzoyan parlament binasını tələsik TƏRK ETDİLƏR - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan Parlamentdə keçirilən və gərgin keçən iclasdan sonra dərhal hökumət binasını tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər “Telegram” kanallarında yayılıb.

Görüntülərə əsasən Paşinyandan sonra da ölkənin xarici işlər naziri Ararat Mirzoyan da tələsik avtomobilinə minərək  Ermənistan parlamentinin binasını tərk edib.

Qeyd edək ki, hazırda Parlament binası qarşısında etiraz aksiyası davam edir. Polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis etirazçılara qarşı səs bombalarından istifadə edib.
 

 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
bizim.media

10Mənbələr