AZ

Dünya / VideoKüveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

Qeyd edək ki, hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.

***18:36

Küveytdə dəhşətli yanğın baş verib.

BAKU.WS xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Manqaf şəhərində fəhlələrin yaşadığı binada yanğın baş verib. Hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.

Yüksəkrütbəli polis komandiri yanğının baş verdiyi binada çoxlu sayda işçi olduğunu, onlardan bəzilərinin xilas edildiyini bildirib.

Küveytin Səhiyyə Nazirliyi hadisə nəticəsində 39 nəfərin yanıb öldüyünü, 43 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Yanıb ölənlər arasında xarici işçilərin də olduğu bildirilir. Ölənlərin bəzilərinin kimliyini belə müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
far.az

2Mənbələr