AZ

ABŞ Ermənistan və Azərbaycanı yaxın həftələrdə sülh sazişini tamamlamağa ÇAĞIRDI

“Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh sazişi illərlə davam edən münaqişələrə son qoya, Rusiyanın bölgədəki təsirini azalda və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət dəhlizi aça bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydu: "Bu qurumdan çıxacağıq"


“Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizinə ticarət dəhlizi yaratmaq üçün bir neçə nəsildən bir fürsət yaranır.

Bu, o zaman mümkündür ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. Bu, dəhliz boyu yeni sənaye sahələri yaradacaq. Bir neçə ildən sonra bu, indiki qədər vacib olmaya bilər... Deməli, indi bunu etmək vaxtıdır. Odur ki, Ermənistan və Azərbaycanın yaxın həftələrdə sülh sazişini tamamlaması məqsədəuyğun olardı”, - deyə Ceyms O'Brayen qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
19
bizim.media

10Mənbələr