AZ

O’Brayn: “ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək”

“Mən ABŞ-ın və Azərbaycanın regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcəyini gözləyirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

“Biz artıq bunu səmərəli şəkildə edirik, lakin irəlilədikcə daha çoxunu edəcəyimizə ümidvarıq. Regionda sülhü təmin etmək diqqətimizi bölgədən kənarda olan təhdidlərə yönəltməyə imkan verəcək. Ümumiyyətlə, regionda inamın və etimadın yaradılması çox vacibdir”, - deyə Ceyms O’Brayn vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
19
bizim.media

10Mənbələr