AZ

G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadə üçün yeni addımları müzakirə edəcək


Yeddilik ölkələri (G7) İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirləri Ukraynanın maraqları naminə istifadə etmək üçün yeni addımları müzakirə edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
“Bu həftənin sonunda keçiriləcək G7 görüşü bizim Ukraynaya sadiq qaldığımızı açıq şəkildə göstərəcək. Biz Rusiya Prezidenti Vladimir Putinə zamanın onun tərəfində olmadığını, Ukraynanın azadlıq mübarizəsini dəstəklədiyimiz müddətdə onun bizdən artıq dayana bilməyəcəyini nümayiş etdirmək üçün qəti addımlar atacağıq”, - deyə o, bildirib.
Kirbi qeyd edib ki, ABŞ Prezidenti Co Bayden də Rusiya aktivlərinin Ukraynanın yenidən qurulmasına kömək etmək üçün istifadə olunmasını müdafiə edəcək.
Daha sonra o, bu addımın ABŞ-nin birtərəfli addımı, yoxsa G7-nin birgə səyi olub-olmaması ilə bağlı suala da cavab verib.
“Məncə, Ukraynanın yenidən qurulmasına kömək etmək üçün dondurulmuş aktivlərdən istifadə məsələsində G7-də birlik görəcəksiniz”, - deyə Kirbi bildirib.
Seçilən
127
50
yeniavaz.com

10Mənbələr